Azərbaycan idmançısı Afrika Kubokundan qızıl medalla qayıdır

Azərbaycan idmançısı Afrika Kubokundan qızıl medalla qayıdır

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Mərakeşin Tanjir şəhərində keçirilmiş Afrika Kubokunun qalibi olub.

mediasport.az xəbər verir ki, yığmamızın üzvü 750 m-lik üzgüçülük, 20 km-lik velosiped sürmə, 5 km-lik qaçış məsafəsini 53 dəqiqə 3 saniyəyə qət edərək qızıl medal qazanıb.

İkinci yeri Almaniya təmsilçisi Yanik Şafler tutub. İspaniyalı Anxel Sançes Kareas isə üçüncü olub.