Püşk atılıacaq - Konfrans Liqası

Püşk atılıacaq - Konfrans Liqası

Bu gün Avropa qitəsinin üçüncü nüfuzlu klub yarışı sayılan futbol üzrə UEFA Konfrans Liqasında da cari mövsümün sonuncu püşkü atılacaq.

mediasport.az xəbər verir ki,  Avropa futbol qurumunun Nyondakı mənzil-qərargahında keçiriləcək mərasim Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Tədbirdə 1/4 və 1/2 final cütlükləri, həmçinin, final matçının nominal meydan sahibi müəyyənləşəcək. Əvvəlki mərhələlərdən fərqli, bu dəfə istənilən komanda bir-birilə rəqib ola biləcək.

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da oynanılacaq.


UEFA Konfrans Liqası. 1/4 final mərhələsi


"Anderlext" (Belçika)

"AZ Alkmaar"

"Bazel" (İsveçrə)

"Fiorentina" (İtaliya)

"Nitsa" (Fransa)

"Vest Hem" (İngiltərə)

"Gent" (Belçika)

"Lex" (Polşa)