İngiltərədən asan qələbə, Niderland sonda sevindi, ABŞ "sülh"ə razılaşdı - DÇ-2022 - 3 VİDEO, 12 QOL

İngiltərədən asan qələbə, Niderland sonda sevindi, ABŞ "sülh"ə razılaşdı - DÇ-2022 - 3 VİDEO, 12 QOL

Dünya Kuboku-2022-də növbəti 3 oyun keçirilib.

mediasport.az xəbər verir ki, azarkeşlər A və B qruplarının görüşlərini izləyiblər.

Əvvəlcə B qrupu çərçivəsində İngiltərə - İran matçı oynanılıb və 17:00-da start götürən görüşdə britaniyalılar böyükhesablı qələbə qazanıblar.

Saat 20:00-da meydan A qrupu təmsilçiləri Seneqal və Niderland millilərinin ixtiyarına verilib. "Narıncılar" son dəqiqələrdə vurulan qollarla 3 xala seviniblər. Günün 23:00-a planlaşdırılan son oyununda isə yenidən B qrupunun matçı - ABŞ - Uels dueli baş tutub və tərəflər "sülh"ə razılaşıblar.


DÇ-2022. Final mərhələsi. 1-ci tur


17:00
İngiltərə - İran 6:2

Qollar: Cud Bellimgem 35, Bukayo Saka 44, 64, Rahim Sterlinq 45+1, Markus Rəşford, 71, Cek Qriliş, 90 - Mehdi Taremi, 66, 90+13 (pen).

(TRT 1, İctimai TV, QAZSPORT)


20:00
Seneqal - Niderland 0:2

Qollar: Kodi Qakpo 84, Devi Klaasen, 90+9.

(TRT 1, İctimai TV, QAZSPORT)


​23:00
ABŞ - Uels 1:1

Qollar: Timoti Vea, 36 - Qaret Beyl, 82-pen.

(TRT 1, İctimai TV, QAZSPORT)