UEFA-nın Azərbaycan klublarına ödənişi necə bölünür? - AÇIQLAMA

UEFA-nın Azərbaycan klublarına ödənişi necə bölünür? - AÇIQLAMA

UEFA-nın Azərbaycanın 9 klubuna ("Qarabağ" istisna olmaqla) 4 milyon manata yaxın (1.955.000 avro) ödəniş etdiyi haqda xəbər vermişdik.

Ayrılan məbləğin klublar arasında necə və hansı formada bölüşdürüldüyü, eləcə də həmin maliyyənin xərclənməsi istiqamətində AFFA və ya UEFA tərəfindən nəzarətin olub-olmadığı maraq doğurmaya bilməz.

Bunu aydınlaşdırmaq üçün üz tutduğumuz federasiyanın Mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Mediasport.az saytına açıqlamasında ali futbol qurumu tərəfindən edilən ödənişlərlə bağlı bunları deyib:

"UEFA həmin məbləğdən müəyyən ödənişlərə görə komissiya haqqı tutur. Ödənişlər edildikdən sonra bank əməliyyatlarını Azərbaycan Beynəlxalq Bankı ilə etməyən klublardan cüzi miqdarda komissiya haqqı çıxılır. Həmin məbləğin miqdarı azdır. Ödənişin hansı istiqamətdə xərclənməsinə nəzarət məsələsinə gəldikdə, təbii ki, hesabatlar verilir. Böyük ehtimal, bu, UEFA-nın etdiyi ödənişlərdən sonra da reallaşacaq".