İspaniya La Liqası klubunu qabaqlayan "Qarabağ" 57-cidir - UEFA-nın yeni reytinq cədvəli

İspaniya La Liqası klubunu qabaqlayan "Qarabağ" 57-cidir - UEFA-nın yeni reytinq cədvəli

Avropa Liqasının 1/8 final mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

Mediasport.az xəbər verir ki, siyahıda Azərbaycanın yalnız bir təmsilçisi yer alıb.

Tarixində ilk dəfə Avropa Liqasında 1/4 finala qədər irəliləyən “Qarabağ” 57-58-ci yerləri bölüşür.

Qurban Qurbanovun komandası İspaniyanın “Betis” klubu ilə eyni xala malikdir.

Hər iki kollektivin aktivində 33,000 xal var.

Lakin Azərbaycan çempionu əlavə göstəricilərə görə La Liqa təmsilçisini qabaqlayaraq 57-ci sırada dayanıb.