Azərbaycanın daha bir rayonunda futbol klubu fəaliyyətə başladı

Azərbaycanın daha bir rayonunda futbol klubu fəaliyyətə başladı

Azərbaycanın daha bir bölgəsində futbol klubu yaradılıb.

Tərtər rayonunu təmsil edəcək komanda fəaliyyətə başlayıb.

Bölgənin ilk dəfə ölkə miqyasında rəsmi yarışlarda iştirakı da dəqiqləşib.

"Tərtər" yeni mövsümdən AFFA Region Liqasının Şimal-Qərb və Qərb zonasında mübarizə aparacaq.

Xatırladaq ki, çempionatda 2024/2025-ci illər mövsümü noyabrın əvvəlində start götürəcək.

Birincilikdə 50-yə yaxın komandanın iştirakı gözlənilir.

Mediasport.az