Türk dünyasından "10-luğ"a düşən yeganə məşqçi - Qurban Qurbanov
2000-ci ildən bu yana (XXI əsrdə) UEFA Çempionlar Liqası, Avropa Liqası və Avropa Konfrans Liqası turnirlərində baş məşqçi kimi ən çox iştirak edən mütəxəssislərin siyahısı tərtib edilib.
Mediasport.az xəbər verir ki, türk dünyasından ilk "10-luq"da yalnız Qurban Qurbanov yer alıb.
"Neftçi" və "Qarabağ" komandalarının baş məşqçisi kimi 165 oyunda meydana çıxmış təcrübəli mütəxəssis 8-ci pillədə qərarlaşıb.
Onun hesabında 67 qələbə var.
Sıralamaya porutqaliyalı baş məşqçi Jose Mourinyo rəhbərlik edir. "Fənərbağça"nın çalışdırıcısı 2000-ci ildən bu yana keçirdiyi 230 qarşılaşmanın 130-da qələbə qazanıb.