La Liqa klubunda yeni baş məşqçi

La Liqa klubunda yeni baş məşqçi

"Vilyarreal"ın yeni baş məşqçisi müəyyənləşib.

mediasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi Kike Setyenlə anlaşıb.

64 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. Setyen bu postda “Aston Villa”ya baş məşqçi təyin olunan Unay Emerini əvəzləyib.