Tarixində ikinci dəfə
Cənubi Amerikada nüfuzuna görə ikinci klub turniri sayılan Sudamerikananın qalibi müəyyənləşib. MediaSport.az xəbər verir ki, yarışın final matçında Ekvadorun "İndependyente del Valle" klubu ilə Braziliyanın "Sau Paulu" komandası qarşılaşıb.
2:0 hesabı ilə qələbə qazanan Ekvador təmsilçisi turnirin qalibi olub. "İndependyente de Valle" tarixi ərzində ikinci dəfə Sudamerikananın ən güclüsü adını qazanıb. Komanda ilk dəfə 2019-cu ildə çempionluq yaşamışdı.