Əfsanəvi Ronaldonun sahibi olduğu komanda La Liqaya geri döndü
Ötən mövsüm İspaniya La Liqasını tərk edən "Valyadolid" yenidən Elitada çıxış edəcək.
Mediasport.az xəbər verir ki, Paulo Pessolanonun baş məşqçisi olduğu kollektiv Sequndada mövsümün başa çatmasına 1 tur qalmış Primeraya qayıdışını rəsmiləşdirib.
Hesabat turunda "Vilyarreal"ın B komandandasına qalib gələn (3:2) Valyadolid təmsilçisi xallarının sayını 71-ə çatdıraraq liderliyə yüksəlib.
Ən yaxın izləyiciləri - "Leqanes"in 71, "Eybar"ın isə 68 xalının olması "Valyadolid"in mövsümü ən pis halda 2-ci pilldə başa vuracağı deməkdir.
Xatırladaq ki, klubun səhmlərinin 82 faizi əfsanəvi braziliyalı Ronaldo Nazarioya məxsusdur.