"Linkoln" - "Qarabağ" oyununu ölkəmizdə hansı kanal yayımlayacaq?

"Linkoln" - "Qarabağ" oyununu ölkəmizdə hansı kanal yayımlayacaq?

Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün keçiriləcək “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” matçı, gözlənildiyi kimi, ölkəmizdə canlı yayımlanacaq.

MediaSport.az xəbər verir ki, "Viktoriya" stadionunda baş tutacaq qarşılaşma "CBC Sport" kanalı vasitəsi ilə açıq yayımla təqdim ediləcək.

Matç Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.