"Zirə"yə ayrılan maliyyə azaldılır: "Büdcəmizdə geriləmə gözlənilir"
"Bizdə büdcə artmayıb. Hələ ki, büdcəmiz məlum deyil" - bu sözləri MediaSport.az saytına açıqlamasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Mütəxəssis komandaya ayrılan maliyyənin azaldıla biləcəyini qeyd edib.
Sadıqov bildirib ki, yekun qərar bugünlərdə veriləcək: "Son olan söhbətə görə, büdcəmizdə geriləmə gözlənilir. Amma hələ dəqiq deyil. Ola bilsin ki, ən azından keçənilki büdcə qalsın. Əksər komandalar transfer bazarında çox aktivdilər. Bu mövsüm futbolçu qıtlığı yaşanır. Futbolçularla anlaşmaqda çətinlik çəkirik. Öz büdcəmizə uyğun rəqəmlərlə razılaşmaq məsələsi də çox önəmlidir. Bu çətinlikləri yaşayırıq. Süni qiymət artımı olduğunu düşünmürəm. Futbolçulardır, düşünürəm ki, buna layiqdirlər".