Mehdi Hüseynzadə stadionu bu kluba uzun müddətə icarəyə verildi
"Sumqayıt" yenidənqurmadan çıxmış Mehdi Hüseynzadə adına şəhər stadionunu uzun müddətə icarəyə götürüb.
Mediasport.az xəbər verir ki, klub rəhbərliyi ilə Sumqayıt şəhər İcra Hakimiyyəti arasında müqavilə imzalanıb.
"Gənclik şəhəri" təmsilçisi 2023-cü ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevin açılışını etdiyi arenada bir neçə aydır texniki çalışmalar aparır.
Peşəkar Futbol Liqasının (PFL) stadionda oyunun keçirilə bilməsinə dair təlimatından sonra idman qurğusunda xeyli dəyişiklik edilib.
Ötən 3 ayda media lojası düzəldilib, internet kabeli çəkilib, VİP-lojaların sahəsi genişləndirilib.
Həmçinin, projektorlar dəyişdirilib, canlı yayımın kəsintisiz təminatı üçün transformator quraşdırılıb.
PFL-in ekspert qrupu bugünlərdə şəhərə yollanaraq arenaya yekun baxış keçirəcək.