Klublarımız transferlərə 5 milyona yaxın pul xərcləyib - FİFA açıqladı
Beynəlxalq Futbol Təşkilatı (FİFA) yay "transfer pəncərəsi"nin nəticələrinə dair hesabat açıqlayıb.
Mediasport.az xəbər verir ki, rəsmi protokolda ölkələrin bu yay transferlərə sərf etdikləri ümumi məbləğlər əksini tapıb.
Azərbaycan klubları futbolçu keçidlərinə ümilikdə 4,33 milyon dollar vəsait xərcləyiblər və ölkəmiz bu göstəricidə dünya sıralamasında 38-ci pillədə qərarlaşıb.
Dünya futbol qurumu rəsmi olaraq 111 transferimizi qeydiyyata alıb ki, futbolçulardan 70-i Azərbaycana gəlib, 41-i klubunu dəyişib.
Yay transfer pəncərəsinin lideri 1,69 milyard məbləğlə İngiltərə olub.
İtaliya (825 milyon dollar) ikinci, Fransa (697 milyon dollar) üçüncü yerdə dayanıb.