Kristiano Ronaldo əfsanəvi Di Stefano və Zidanı geridə qoyub

Kristiano Ronaldo əfsanəvi Di Stefano və Zidanı geridə qoyub

Britaniyanın məşhur “FourFourTwo” nəşri dünya nəhəngi Madrid "Real"ı tarixinin ən yaxşı futbolçularını müəyyənləşdirib.

Mediasport.az xəbər verir ki, 50 oyunçunun yer aldığı siyahıya hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz Kristiano Ronaldo başçılıq edir.

Əfsanəvi argentinalı Alfredo Di Stefano ikinci pillədə qərarlaşıb.

Dünya futbolunun daha bir fenomen siması, "Kral klubu" sabiq baş məşqçisi Zinəddin Zidan 3-cü yerdə dayanıb.