Tacikistan millisindən Asiya Kubokunda tarixi uğur - 1/4 final!

Tacikistan millisindən Asiya Kubokunda tarixi uğur - 1/4 final!

Asiya Kuboku turnirində 1/8 final mərhələsinin oyunları davam edir.

Mediasport.az xəbər verir ki, artıq 1/4 finalın ilk iştirakçıları da məlumdur.

Avstraliya İndoneziyanı (4:0) məğlub etməklə bunu bacarıb. Tacikistan - Birləşmiş Ərəb Əmirlikləri (1:1) matçında qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub (5:3).

Tarixi uğura imza atan taciklər adlarını 1/4 finala yazdırıblar.

Bu gün növbəti mərhələyə vəsiqə qazanacaq daha 2 milli komandanın adına aydınlıq gələcək.

D qrupunu maksimum nəticə ilə lider bitirən İraq E qrupunun üçüncüsü İordaniya ilə qarşılaşacaq.

A qrupunda oynadığı bütün matçlarda qələbə qazanan Qətər "Neftçi"nin futbolçusu Ataa Caberin də çıxış etdiyi Fələstinlə üz-üzə gələcək.

Asiya Kuboku. 1/8 final

15:30 İraq - İordaniya

20:00 Qətər - Fələstin