RƏSMİ: Şenol Günəş 5-ci dəfə "Trabzonspor"un baş məşqçisi oldu

RƏSMİ:  Şenol Günəş 5-ci dəfə "Trabzonspor"un baş məşqçisi oldu

Türkiyənin "Trabzonspor" klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

Mediasport.az xəbər verir ki, bu vəzifəyə növbəti dəfə Şenol Günəş gətirilib.

Bu, son olaraq "Beşiktaş"da çalışmış 72 yaşlı mütəxəssisin Qaradəniz klubuna 5-ci qayıdşı olub.

O, 1988/1989 (köməkçi məşqçi), 1993/1997, 2005 və 2009/2013 mövsümlərində də Trabzon təmsilçisini çalışdırıb.

Günəş 1972-1987-ci illərdə klubda 424 oyun keçirib.