Mahir Emreli 1 qol, 1 assistlə oyunun adamı seçildi - VİDEO

Mahir Emreli 1 qol, 1 assistlə oyunun adamı seçildi - VİDEO

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli "Dinamo"nun heyətində Xorvatiya çempionatında ikinci tur oyununda fərqlənib.

MediaSport.az xəbər verir ki, 26 yaşlı forvardın komandası səfərdə "İstra 1961" klubunun qonağı olub.

Zaqreb təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Emreli 1 qol və 1 assistlə yadda qalıb.

Beləcə, hücumçumuz görüşün oyunçusu seçilib.