Mahir Emreli Almaniyanın 2-ci Bundesliqasında qol hesabını açdı

Mahir Emreli Almaniyanın 2-ci Bundesliqasında qol hesabını açdı

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasında qol hesabını açıb.

Mediasport.az xəbər verir ki, "Nürnberq"də çıxış edən 27 yaşlı forvard 9-cu turun "Qröyter Fürt"lə səfər matçında uzaq məsafədən baxımlı qol vurub.

Hücumçu matçın 18-ci dəqiqəsində komandasının ilk qolunun müəlifi olub.

Nürnberq təmsilçisi ilk hissəsi davam edən qarşılaşmada 3:0 hesabı ilə irəlidədir.