Millimiz Xorvatiyaya qarşı - Yenə böyük hesabla uduzacağıq?
Bir neçə dəqiqə sonra qadınlardan ibarət U-19 millimiz Avropa çempionatının ilkin seçmə mərhələsində sonuncu oyununa çıxır.
MediaSport.az xəbər verir ki, yığma Xorvatiyanın Pula şəhərindəki “Aldo Drosina” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
"B" Liqasının I qrupunda mübarizə aparan Azərbaycan əvvəlki görüşün hər 2-də məğlub olub. Xanımlarımız Monteneqroya 1:2, Kiprə isə 0:4 uduzublar.
Avropa çempionatı. İlkin seçmə mərhələ, III tur
Azərbaycan - Xorvatiya
Baş hakim: Viktoriya Beyer (Fransa)