Ozan Canlı "Helsinki" uduzdu, Emilin komandasından qələbə

Ozan Canlı "Helsinki" uduzdu, Emilin komandasından qələbə

Legioner həyatı yaşayan Azərbaycan millisinin üzvləri klub futbolunda növbəti görüşlərini keçiriblər.

Mediasport.az xəbər verir ki, milli komandamızın cinah oyunçusu Ozan Can Kökçülü "Helsinki" evdə "Haka"ya uduzub (0:1).

Ozan Can oyuna start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib.

Azərbaycanlı hücumçu Rüfət Dadaşovun komandası "Dinamo" (Berlin) "Altlieniçke" ilə bacarmayıb (0:1).

Əsas heyətdə mübarizəyə başlasa da, paytaxt klubunu məğlubiyyətdən xilas edə bilməyib.

Emil Mustafayevin uğurları üçün çalışdığı "Polessye" doğma azarkeşlər önündə "Vorskla"nı məğlub edib (2:1).

Mustafayev 70-ci dəqiqədə oyuna daxil olub.

6 oktyabr

Ukrayna Premyer Liqası. 9-cu tur

"Polessye" - "Vorskla" 2:1



Almaniya Şimal-Şərq Regional Liqası. 11-ci tur

15:00 "Altlieniçke" - "Dinamo" (Berlin) 1:0

Finlandiya Veikkaus Liqası. Pley-off

19:30 "Helsinki" - "Haka" 0:1