Musa Qurbanlının problemi həll edildi - Liderə qarşı oynaya biləcək

Musa Qurbanlının problemi həll edildi - Liderə qarşı oynaya biləcək

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlının İsveçdə üzləşdiyi problem həllini tapıb.

MediaSport.az xəbər verir ki, bu barədə İsveç mətbuatına "Yurqorden" klubunun menecerei Bosse Andersson məlumat verib.

Klub rəsmisi Stokholm təmsilçisinin yeni transferinin işçi vizasının alındığını bildirib. Beləliklə, 21 yaşlı forvardın yeni klubunda oynamaq imkanı təmin edilib.

Musa Liqanın növbəti turu çərçivəsində lider “Elfsborq”la matçda meydana çıxa bilər. Oyun şənbə günü keçiriləcək.

Qeyd edək ki, futboçu skandinavlarla 3 illik müqavilə imzalayıb.