Almaniya 2-ci Bundesliqası: Mahir Emreli üçün növbəti sınaq

Almaniya 2-ci Bundesliqası: Mahir Emreli üçün növbəti sınaq

Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" bu gün Almaniya 2-ci Bundesliqasında növbəti matçına çıxacaq.

Mediasport.az xəbər verir ki, Miroslav Klozenin baş məşqçisi olduğu kollektiv 18-ci tur çərçivəsində "Karlsrue"ni qonaq edəcək.

Görüş Bakı vaxtilə saat 16:30-da başlanacaq.

Yığmamızın 28 yaşlı forvardı cari mövsüm Liqada 12 görüşdə meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Aktivində 22 xalı olan "Nürnberq" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb və liderdən 9 xal geri qalır.