Bəxtiyarın komandası Ankara klubu ilə qarşılaşacaq - 1-ci Liqa

Bəxtiyarın komandası Ankara klubu ilə qarşılaşacaq - 1-ci Liqa

Bu gün Türkiyə 1-ci Liqasında 17-ci tura start veriləcək.

Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin çıxış etdiyi "Tuzlaspor" açılış matçında Ankara təmsilçisi "Gənclərbirliyi"nin qonağı olacaq.

"Tuzlaspor" hazırda yarışın turnir cədvəlində 13 xalla 16-cı, "Gənclərbirliyi" 27 xalla 6-cı pillədə qərarlaşıb.

Arda Turanın çalışdırdığı "Eyüpspor" isə 39 xalla vahid liderdir.

Türkiyə 1-ci Liqası. 17-ci tur

14:30 "Gənclərbirliyi" - "Tuzlaspor"

20:00 "Sakaryaspor" - "Kocaelispor"