"Qarabağ" İsveç klubu ilə oyun öncəsi ciddi itkilərlə üzləşdi

 "Qarabağ" İsveç klubu ilə oyun öncəsi ciddi itkilərlə üzləşdi

"Qarabağ" sabah UEFA Avropa Liqasının əsas mərhələsində ikinci oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi "Malmö" ilə görüş öncəsi itki ilə üzləşib 

"Köhlən atlar"ın müdafiəçisi Mateus Silva zədələndiyi üçün komandasına kömək edə bilməyəcək.

Braziliyalı Azərbaycan Premyer Liqasının 8-ci turunun "Sabah"la görüşündə məhz bu səbəbdən 64-cü dəqiqədə əvəzlənmişdi.

Həmin cinahda oynayan digər futbolçu Marko Veşoviç də oynamayacaq. Monteneqrolu zədədən sonra bərpa prosesini keçir.

Xatırladaq ki, "Qarabağ" - "Malmö" dueli sabah Tofiq Bəhramov adına stadionda keçiriləcək.