"Avropadakı qürurumuz, Tovuza xoş gəlmisən" - Tovuzda JEST

"Avropadakı qürurumuz, Tovuza xoş gəlmisən" - Tovuzda JEST

"Qarabağ" Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində Tovuza səfər edib.

Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi qərb bölgəsində isti münasibətlə qarşılaşıb.

Azarkeşlər Avrokuboklarda ölkəmizi layiqincə təmsil edən "köhlən atlar"ı əvvəlcə zurna-balabanın müşayiəti ilə qarşılayıblar, stadionda isə qonaqların şərəfinə pankart açıblar:

"Avropadakı qürurumuz, Tovuza xoş gəlmisən".

Qeyd edək ki, ilk hissədən sonra meydan sahibləri qalib gəlirlər - 1:0.