Avropa Liqasında ikinci tur: "Qarabağ" "Malmö"yə məğlub oldu
"Qarabağ" bu gün UEFA Avropa Liqasının əsas mərhələsində ikinci oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi doğma azarkeşlər önündə "Malmö"nü qəbul edib.
Təmsilçimiz məğlubiyyətdən qaça bilməyib.
Xatırladaq ki, "köhlən atlar" yeni formatda təşkil edilən turnirin ilk turu çərçivəsində səfərdə "Tottenhem"ə uduzub (0:3), "Malmö" isə doğma meydanda Şotlandiyanın "Reyncers" klubuna məğlub olmuşdu (0:2).
UEFA Avropa Liqası. Əsas mərhələ. 2-ci tur
"Qarabağ" (Azərbaycan) - "Malmö" (İsveç) 1:2
Qollar: Juninyo, 15 - Erik Botheim, 19, 47
Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, Yordanis Aptosoqlu.
Dördüncü hakim: Angelos Evangelu.
VAR: Atanasios Silos.
AVAR: Aleksandros Sakalidis.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ": 97. Fabiyan Buntiç, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Juninyo.
Baş məşqçi: Qurban Qurbanov.
"Malmö": 27. Yohan Dahlin, 25. Qabriel Busanello, 19. Kolin Rösler, 18. Pontus Yansson, 17. Yens Striger, 16. Oliver Berq, 23. Lasee Berq Yonsen, 8. Serxio Pena, 10. Anders Kristiansen (k), 20. Erik Botheym, 9. İsak Kies Telin.
Baş məşqçi: Henrik Ridström.