UEFA “Qarabağ” və “Qəbələ”nin maliyyə ödənişini edib

UEFA “Qarabağ” və “Qəbələ”nin maliyyə ödənişini edib

UEFA “Qarabağ” və “Qəbələ”yə növbəti dəfə maliyyə ödənişi edib.

Mediasport.az xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəni davam etdirən Ağdam klubu və Qəbələ təmsilçisinin UEFA Gənclər Liqasındakı iştirakına görə nəzərdə tutulan məbləğ AFFA-nın hesabına köçürülüb.

Vəsait federasiyanın vasitəsilə klubların büdcəsinə yatırılıb. “Qarabağ” 403 min 600 (dörd yüz üç min altı yüz avro), “Qəbələ” isə 25 min 500 (iyirmi beş min beş yüz avro) avro əldə edib.