AFFA və Klublar Komitəsi niyə Ehtiram Quliyevi dəstəkləmir?

AFFA və Klublar Komitəsi niyə Ehtiram Quliyevi dəstəkləmir?

Azərbaycan futbolunda əksər himayədarlardan, rəhbərlərdən fərqli, "Turan Tovuz"un baş sponsoru "Huner Group" şirkətinin təsisçisi Ehtiram Quliyev gələcəyi düşünən funksionerlərdəndir.

Lakin Tovuz klubunu himayəsinə götürəndən sonra maliyyənin çox hissəsini Premyer Liqada yarışan komandaya yox, klubun infrastrukturuna, perspektiv planlara sərf edəcəyini açıqlayan iş adamına geridə qalan 1 ildə nə AFFA-dan dəstək var, nə də Klublar Komitəsindən.

O, uzun müddətdir Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi ilə bağlı mətbuat vasitəsilə aidiyyəti qurumlardan kömək istəsə də, ortaya müsbət cavab çıxmayıb.

Ümumiyyətlə, federasiya və tərkibində fəaliyyət göstərən Klublar Komitəsindən reaksiya belə, görməmişik.

İş adamı perspektiv planların həyata keçirilməsi yönündə dəfələrlə açıqlamalar verib, AFFA-dan kömək istəyib, qarşı tərəf susub.

Quliyev mövsüm başa çatandan sonra qərb təmsilçisinin stadionunda süni örtüyü təbii otla əvəzləyəcək, hər halda şəxsi biznesi və vəsaiti hesabına.

Bundan başqa, aldığı ərazidə klub üçün yeni məşq meydançaları salınacaq, digər infrastruktur layihələri həyata keçiriləcək.

ATV telekanalında yayımlanan "Futbolumuz" verilişinin ekspertləri bu də barədə geniş müzakirə aparıblar.


Mediasport.az