Güləşçimiz Türkiyədə beynəlxalq turnirdə gümüş medal qazanıb
Türkiyənin Antalya şəhərində güləş üzrə ənənəvi Yaşar Doğu və Vehbi Əmrə beynəlxalq turniri sona yaxınlaşır.
Mediasport.az xəbər verir ki, yarışın 3-cü günündə sərbəst güləş üzrə mübarizəyə start verilib.
Musa Ağayev, Zirəddin Bayramov, Murad Haqverdiyev (hamısı 65 kq), Cəbrayıl Qadjiyev, Murad Yevloyev (hər ikisi 74 kq) və Qadjimurad Maqomedsaidov (97 kq) turnirdə iştirak edib.
Onlardan yalnız biri - Musa Ağayev gümüş medal qazanıb.
Bu gün Ceyhun Allahverdiyev (61 kq), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov, Ramiz Həsənov (hər ikisi 79 kq), Şamil Zubairov və Abdulcəlil Şabanov (hər ikisi 92 kq) xalça üzərinə çıxacaq.