Dünya Kubokları ləğv edildi

Dünya Kubokları ləğv edildi

Bu il noyabrın 24-25-də yunan-Roma güləşi üzrə İranda, 9-10 dekabrda isə sərbəst və qadın güləşçilər arasında ABŞ-də keçirilməsi planlaşdırılan Dünya Kuboku yarışları ləğv edilib.

mediasport.az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi (UWW) açıqlama yayıb.

Qərar Paris-2024 Yay Olimpiya Oyunları öncəsi bu cür yüksək səviyyəli tədbirlərin təşkili ilə bağlı problemlər və çətinliklər nəzərdən keçirildikdən sonra qəbul olunub. Bildirilib ki, bir çox ölkə təmsilçiləri daha çox olimpiadaya hazırlığa diqqət yetirdiyindən, Dünya Kuboklarında idmançı sayının az olması qurum üçün narahatlıq yaradır.