Martın 10 ən yaxşı oyunu

Martın 10 ən yaxşı oyunu

Geridə qalan mart ayı ərzində bütün turnirlər daxil olmaqla (milli komanda və klub futbolu) keçirilən matçlar həm prinsipiallığına, həm də qeydə alınan nəticələrinə görə azarkeşlərin ciddi marağına səbəb oldu.

Mediasport.az xəbər verir ki, məşhur "433" idman portalı ötən ay baş tutmuş ən maraqlı 10 qarşılaşmadan ibarət siyahı tərtib edib.

Maraqlıdır ki, oyunlardan yalnız biri milli komanda matçı ilə bağlıdır.

Mart ayının ən yaxşı 10 oyunu


1. "Mançester Siti" - "Mançester Yunayted" 3:1 (İngiltərə Premyer Liqası; 3 mart)

2. "Bayern" - "Mayns" 8:1 (Almaniya Bundesliqası; 9 mart)

3. "Barselona" - "Napoli" 3:1 (UEFA Çempionlar Liqası, 1/8 final mərhələsinin cavab oyunu; 12 mart)

4. "Atletiko" - "İnter" 2:1 (UEFA Çempionlar Liqası, 1/8 final mərhələsinin cavab oyunu; 13 mart)

5. "Monpelye" - PSJ 2:6 (Fransa Liqa 1; 17 mart)

6. "Mançester Yunayted" - "Liverpul" 4:3 (İngiltərə Federasiya Kuboku; 17 mart)

7. "Atletiko" - "Barselona" 0:3 (İspaniya La Liqası, 17 mart)

8. İspaniya - Braziliya 3:3 (Beynəlxalq yoldaşlıq oyunu; 26 mart)

9. "Nyukasl" - "Vest Hem" 4:3 (İngiltərə Premyer Liqası; 30 mart)

10. "Bayer" - "Hoffenhaym" 2:1 (Almaniya Bundesliqası; 30 mart)