DÇ-2022: Qətərdə "Mərakeş nağılı" davam edir - Əlvida, Portuqaliya!

DÇ-2022: Qətərdə "Mərakeş nağılı" davam edir - Əlvida, Portuqaliya!

Dünya Kubokunda "Mərakeş nağılı" davam edir.

mediasport.az xəbər verir ki, 1/8 finalda İspaniya yığmasının penaltilər seriyasında məğlub edən Valid Reqraginin komandası bu dəfə Portuqaliyanı da sıradan çıxararaq 1/2 finala vəsiqə qazandılar.

Afrika milliləri arasında ilk dəfə Dünya çempionatlarının yarımfinalına vəsiqə qazanmaqla tarixə düşən mərakeşlilər planetin ən güclü 4 yığmasından biri olduqlarını sərgilədikləri əzmkar oyunla sübuta yetirirlər.


Dünya Kuboku-2022. 1/4 final mərhələsi

Mərakeş - Portuqaliya 1:0

Qol: Yusuf En-Nesri, 43.

Baş hakim: Fakundo Telyo (Argentina)