Kriştianu Ronaldu FİFA-nın səsverməsində iştirak etməyib

Kriştianu Ronaldu FİFA-nın səsverməsində iştirak etməyib

Dünya futbolunun ulduz siması Kriştianu Ronaldu FİFA-nın "The Best" layihəsində ilin ən yaxşı oyunçusunun seçilməsi üçün keçirdiyi səsverməyə qatılmayıb.

Mediasport.az xəbər verir ki, qurumun saytında 39 yaşlı əfsanənin səsvermədə iştirakdan imtina etməsi əksini tapıb.

"Əl-Nəsr"in forvardının əvəzinə seçimi millidən komanda yoldaşı Pepe edib.

“Portu”nun veteran müdafiəçisi müvafiq ardıcıllıqla Bernardu Silva, Erlinq Haaland və Viktor Osimhenə səs verib.