Menecerliyə başlayan "Neftçi"nin eks-prezidenti ilk transferini rəsmiləşdirdi
Ötən ayın 24-də "Neftçi"nin prezidenti postundan uzaqlaşdırılan Kamran Quliyevin futbolsuz günləri qısa çəkib.
"Ağ-qaralar"a 2018-ci ildən rəhbərlik edən uğursuz funksioner menecerliyə başlayıb.
Daha dəqiq ifadə eləsək, əvvəl də yaxın adamı - "Sumqayıt"ın menecer-prezidenti Riad Rəfiyevlə birgə məşğul olduğu sahəyə artıq rəsmi keçid edib və ilk transferini reallaşdırıb.
mediasport.az saytına verilən məlumata görə, sabiq klub rəhbəri ilk futbolçusunu yeni mövsüm Premyer Liqada debüt edəcək "Araz-Naxçıvan"a transfer edib.
Bu, Naxçıvan təmsilçisinin keçidini dünən açıqladığı İsmail Azzauidir. 25 yaşlı Mərakeş əsilli belçikalı yarımmüdafiəçi liqanın debütantı ilə 1 illik müqaviləyə qol çəkib.