"Qarabağ" II mərhələnin ilk oyununda məğlub oldu - Çempionlar Liqası

"Qarabağ" II mərhələnin ilk oyununda məğlub oldu - Çempionlar Liqası

Futbol üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən "Qarabağ" II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Rakuv"un qonağı olub.

MediaSport.az xəbər verir ki, Ağdam təmsilçisi Polşa təmsilçisi ilə görüşdən məğlub ayrılıb.

Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.


Çempionlar Liqası. II  təsnifat mərhələsi. İlk oyun


"Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan) 3:2

Qollar: Elvin Cəfərquliyev, 55-avtoqol, Piaseçki, 71, Kittel, 90+1 - Redon Cica, 73, 75.

"Rakuv": 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 8. Ben Lederman, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 30. Vladislav Koçergin, 77. Martsin Tsebulya, 9. Lukaş Zvolinski.

Baş məşqçi: David Şvarqa.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov