Məşhur azərbaycanlı karyerasını başa vurdu, məşçqi olacaq - FOTO

 Məşhur azərbaycanlı karyerasını başa vurdu, məşçqi olacaq - FOTO

Azərbaycan millisinin sabiq üzvü Elvin Məmmədov futbolçu karyerasını başa vurub.

Mediasport.az xəbər verir ki, "Cəbrayıl"ın heyətində Azərbaycan Birinci Liqasına vəsiqə qazanan Məmmədov "Araz Saatlı" pley-off matçından sonra komanda yoldaşları ilə vidalaşıb.

O, aktiv futbolçu karyerasını başa vurub və fəaliyyətinə məşqçi kimi davam edəcək.

Elvin futbolçu karyerası ərzində "Turan Tovuz", “İnter” (Bakı), “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ”, “Sumqayıt” və “Şamaxı” komandalarında oynayıb.