Azərbaycanın məşhur simaları "Qarabağ"la bağlı proqnoz verdilər
Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində “Budö Qlimt” - “Qarabağ” matçı keçiriləcək.
Mediasport.az xəbər verir ki, Azərbaycanın tanınmış simaları “Aspmira” stadionunda təşkil olunacaq qarşılaşma ilə bağlı "İdman.biz"in sorğusunu cavablandırıblar.
Müxtəlif sahələrin məşhurları Qurban Qurbanovun yetirmələrini Norveç təmsilçisi önündə daha şanslı hesab edirlər.
Sorğuda heç-heçəyə inananlar da az deyil.
SORĞU
Hacı Əliyev (güləşçi) - 1:2
Vadim Vasilyev (veteran futbolçu) - 0:1
Əli Mirəliyev (müğənni) - 2:1
Adil Şükürov (futbol mütəxəssisi) - “Qarabağ” qalib gələcək
Balabəy Ağayev (cüdoçu) - 1:1
Firdovsi Umudov (AAF-ın vitse-prezidenti) - 1:2
Nazim Babayev (atlet) - 1:2
Fərid Cəlalov (voleybol məşqçisi) - 0:2
İmammədin Xəlilov (parataekvonduçu) - 1:2
Eldəniz Əzizli (güləşçi) - 0:1
İlham Zəkiyev (paracüdoçu) - 2:3
Vurğun Hüseynov (futbolçu) -1:3
QEYD: Oyun saat 21:45 də start götürəcək.