"Neftçi"nin gənc forvardı poker edib, komandası liderliyini qoruyub
Futbol üzrə Əvəzedicilər Liqasında 22-ci turun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, 2 matç baş tutub.
Lider "Neftçi-2"nin "Araz-Naxçıvan-2"ni darmadağın etdiyi dueldə "ağ-qaralar"ın yarışda bombardiri Ağadadaş Salyanski 4 qolla yadda qalıb.
19 yaşlı hücumçu qol sayını 21-ə çatdırıb.
Əvvəlki görüşlərdə "Qarabağ"ın əvəzediciləri "Sabah"dan olan həmkarlarına 0:4 hesabı ilə məğlub olublar, "Kəpəz-2" "Səbail2-"ni 1 cavabsız qolla üstələyib.
Tura sabah oynanılacaq "Zirə-2" - "Sumqayıt-2" qarşılaşması ilə yekun vurulacaq.
"Neftçi-2" yarışa 55 xalla liderlik edir. 4 xal az toplayan "Qəbələ"nin gəncləri ikinci sırada qərarlaşıblar. 3-cü pilləni 46 xalla "Sabah-2" tutur.
Əvəzedicilər Liqası. 22-ci tur
"Turan Tovuz-2" - "Qəbələ-2" - 2:4
Qollar: Sadiq Şəfiyev, 16, 90+1 (pen.) - Sənan Ağalarov, 24, Dinamin Bağırov, 50 (avtoqol), Okan Təhməzli, 62, Bilal İsmayılov, 67 (pen.).
Tovuz şəhər stadionu
“Araz-Naxçıvan-2” – “Neftçi-2” - 0:4
Qollar: Ağadadaş Salyanski, 35, 70 (pen), 75, 81.
Binə qəsəbə stadionu