Messi parfüm biznesinə başladı - Satış qiyməti 105 dollar qoyuldu
Dünya futbolunun canlı əfsanələrindən Lionel Messi parfüm biznesinə başlayıb.
Mediasport.az xəbər verir ki, brend "Leo Messi Eau De Parfum" adlanır.
Karyerasını ABŞ-də davam etdirən 37 yaşlı argentinalı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Dünya çempionunun adını özündə əks etdirən ətirin qiyməti ilkin olaraq 100 ml üçün 105 dollar müəyyənləşdirilib.
Hədiyyə dəstinin qiyməti isə 120 dollar nəzərdə tutulub.