Ronaldodan yeni dünya rekordu
Portuqaliya yığmasının lideri Kriştianu Ronaldo yeni dünya rekorduna imza atıb.
mediasport.az xəbər verir ki, 37 yaşlı forvard beynəlxalq səviyyədə 400 oyun həddinə çatan ilk futbolçu kimi tarixə düşüb.
DÇ-2022-nin 1/8 finalının İsveçrə millisi ilə görüşü Ronaldo üçün 400-cü beynəlxalq oyun olub. O, 195 matç yığmada, 205 oyun isə klubların heyətində avrokuboklarda keçirib.
İkinci pillədə 360 oyunla İspaniya millisi və "Real"ın sabiq qapıçısı, karyerasını başa vurmuş İker Kasilyas qərarlaşıb. Üçüncü yeri 343 oyunla İtaliya millisi və "Parma"nın canlı əfsanəsi Canluici Buffon tutur.
Sıralama belədir:
Kriştianu Ronaldu (Portuqaliya) – 400 oyun (klubda 205, millidə 195)
İker Kasilyas (İspaniya) – 360 (193, 167)
Canluici Buffon (İtaliya) – 343 (167, 176)
Lionel Messi (Argentina) – 339 (170, 169)
Serxio Ramos (İspaniya) – 331 (151, 180)
Xavi (İspaniya) – 328 (195, 133)
Luka Modriç (Xorvatiya) – 306 (147, 159)
Xavyer Zanetti (Argentina) – 305 (162, 143)
Paolo Maldini (İtaliya) – 301 (175, 126)