"Milan"ın yeni baş məşqçisi müəyyənləşdi - 3 illik müqavilə

"Milan"ın yeni baş məşqçisi müəyyənləşdi - 3 illik müqavilə

İtaliyan nəhəngi “Milan”ın yeni baş məşqçisi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, komandanı Paulu Fonseka çalışdıracaq.

Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Son iş yeri Fransanın Liqa 1 təmsilçisi “Lill” olmuş 51 yaşlı mütəxəssis daha əvvəl İtaliyada “Roma” və Ukraynada “Şaxtyor”, vətənində "Braqa" kimi klublara rəhbərlik edib.