Milli komandalarımızın yeni baş məşqçiləri açıqlandı

Milli komandalarımızın yeni baş məşqçiləri açıqlandı

Azərbaycanın qızlardan ibarət aşağı yaş qrupu millilərinin baş məşqçiləri məlum olub.

MediaSport.az xəbər verir ki, U-19 yığması Zamir Həsənova, U-17 Nərgiz Qurbanovaya, U-15 komandası isə Xanlar Əliyevə həvalə edilib.

Qərar bu gün AFFA İcraiyyə Komitəsinin iclasında verilib.