Tural Bayramlı karyerasını "Turan Tovuz"da davam etdirəcək - RƏSMİ
2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən "Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, qərb təmsilçisi yarımmüdafiəçi Tural Bayramlı ilə 2 illik müqavilə bağlayıb.
26 yaşlı futbolçu karyerası ərzində Yunanıstan və Latviyada legioner həyatı yaşayıb.
O, Azərbaycanda "Sumqayıt", "Keşlə", "Zirə", "Səbail" və "Araz-Naxçıvan" klublarının formasını geyinib.