Millimiz Özbəkistan yığmasına bu dəfə daha böyük hesabla uduzub

Millimiz Özbəkistan yığmasına bu dəfə daha böyük hesabla uduzub

Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 daha əvvəl bu rəqibə 0:3 hesabı ilə yenilib.