Azərbaycan milli komandası FİFA reytinqində 1 pillə irəliləyib

Azərbaycan milli komandası FİFA reytinqində 1 pillə irəliləyib

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığması 1 pillə irəliləyib.

Aktivində 1177, 83 xal olan seçməmiz 112-ci pilləyə yüksəlib.

Qeyd edək ki, komandamız son olaraq Bakıda keçirilən "FİFA series - Edition 2024" turnirində Monqolustana qalib gəlib (1:0), Bolqarıstanla bərabərə qalıb (1:1).