Milli komandamızın keçmiş futbolçusu 3-cü liqa klubunda

Milli komandamızın keçmiş futbolçusu 3-cü liqa klubunda

Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Hüseyin Seyliğli Türkiyədə özünə yeni komanda tapıb.

mediasport.az xəbər verir ki, “Beşiktaş”ın yetirməsi olan 23 yaşlı müdafiəçi “Darıca Gənclərbirliyi”ndən ayrılaraq “Artvin Hopaspor”la müqavilə imzalayıb.

O, üçüncü liqa təmsilçisi ilə bir illik müqavilə bağlayıb.