Fatih Terim Yunanıstan klubunu çalışdıracaq - RƏSMİ
Futbol üzrə Türkiyə milli komandasının və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terimin yeni iş yeri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, təcrübəli mütəxəssis Yunanıstan təmsilçisi "Panatinaikos"u çalışdıracaq.
"İmperator" ləqəbli çalışdırıcı ilə sabah müqavilə imzalanacaq.
Xatırladaq ki, Fatih Terim son olaraq 2017-2022-ci illərdə "Qalatasaray"ın “sükanı arxasında” olub.