Pley-off mərhələsi həyəcanı başlayır - UEFA Çempionlar Liqası

Pley-off mərhələsi həyəcanı başlayır - UEFA Çempionlar Liqası

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək.

mediasport.az xəbər verir ki, qrup mərhələsinə vəsiqə verəcək mərhələnin ilk oyun günündə üç görüş baş tutacaq.

Yarışın II təsnifat mərhələsində "Qarabağ"dan üstün olan Polşanın "Rakuv" klubu doğma meydanda, III raundda Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"sunu mübarizədən kənarlaşdıran Yunanıstanın "Aris" klubu isə səfərdə mübarizəyə başlayacaq.

Qalan 3 matç sabah oynanılacaq.


UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. İlk oyunlar


23:00 "Antverpen" (Belçika) - AEK (Yunanıstan)

23:00 "Rakuv" (Polşa) - "Kopenhagen" (Danimarka)

23:00 "Reyncers" (Şotlandiya) - PSV (Niderland)