Yaponiya yığması Asiya Kubokunda 1/4 finala yüksəlib

Yaponiya yığması Asiya Kubokunda 1/4 finala yüksəlib

Futbol üzrə Asiya Kubokunda 1/4 finala vəsiqə qazanan daha bir yığma müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 1/8 finalda Bəhreyn millisinə qalib gələn turnirin favoriti Yaponiya futbolçuları mərhələ adlayan tərəf olublar.

Görüş "gündoğar ölkə"nin 3:1 hesablı qələbəsilə yekunlaşıb.

Yaponların bu mərhələdə rəqibi İran - Suriya cütünün qalibi olacaq. Bu duel axşam saat 20:00-da başlanacaq.

Qeyd edək ki, daha əvvəl Özbəkistan və Cənubo Koreya seçmələri 1/4 finala yüksəliblər.